Vaxtilə futbol üzrə Azərbaycan milli komandasının formasını geyinmiş mərkəz müdafiəçisi Mert Çelik futboldan kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Cəzalanmasına səbəb futbolçunun mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Xatırladaq ki, hazırda “Sivasspor”da çıxış edən Mert Çelik vaxtilə ölkəmizdə “Neftçi” və “Səbail”in formasını geyinib. O, Azərbaycan milli komandasının heyətində 1 oyunda meydana çıxıb.
Çeliklə yanaşı, Azərbaycan millisinin daha iki keçmiş futbolçusu – Emre Kaplan və Murat Cem Akpınar da TFF tərəfindən futboldan uzaqlaşdırıblar. Onların da adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.
Qeyd edək ki, TFF 100-dən çox futbolçunu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırıb. Onların arasında Türkiyə Super Liqasında mübarizə aparan klubların üzvləri də var. Həmin oyunçuların siyahısını təqdim edirik:
ALANYASPOR
İzzet Çelik: 3 ay
Enes Keskin: 3 ay
Yusuf Özdemir: 9 Ay
Bedirhan Özyurt: 3 ay
ANTALYASPOR
Kerem Kayaarası: 45 gün
RİZƏSPOR
Efe Doğan: 45 gün
Furkan Onak: 3 ay
EYÜPSPOR
Arda Türköz: 45 gün
KARAGÜMRÜK
Furkan Bekleviç: 45 gün
Kerem Yusuf Sirkeci: 3 ay
QALATASARAY
Metehan Baltacı: 9 ay
Eren Elmalı: 45 gün
QAZİANTEP
Taha Güneş: 45 gün
Nazım Sanqare: 45 gün
GÖZTƏPƏ
İzzet Furkan Malak: 45 gün
Uğur Kaan Yıldız: 45 gün
KASIMPAŞA
Ege Albayrak: 45 gün
Ali Emre Yanar: 45 gün
KONYASPOR
Adil Demirbağ: 45 gün
Alassane Ndao: 12 ay
KAYSERİSPOR
Berkan Aslan: 3 ay
Abdulsamet Burak: 12 ay
SAMSUNSPOR
Celil Yüksel: 45 gün
TRABZONSPOR
Boran Başkan: 3 ay
Salih Malkoçoğlu: 45 gün

