Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.
Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.
Peşəkar Futbol Liqası (PFL) indiyə qədər baş tutmuş Azərbaycan derbilərində qeydə alınmış nəticələrlə bağlı statistikanı açıqlayıb:
Qələbə: “Qarabağ” – 45, “Neftçi” – 23. 31 görüşdə qalib olmayıb.
Qol: 224, “Qarabağ” 140, “Neftçi” 84.
“Qarabağ” evdə: 25 qələbə, 15 heç-heçə, 9 məğlubiyyət, top fərqi 73:38
“Neftçi” evdə: 13 qələbə, 15 heç-heçə, 20 məğlubiyyət, top fərqi 42:64
Neytral meydanda: “Neftçi” 1 qələbə, 1 heç-heçə, top fərqi 4:3

