AZ

İkinci Liqa: 8-ci turun bütün təyinatları açıqlandı - ARENA.AZ

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

8-ci turun görüşləri noyabrın 10-da və 11-də keçiriləcək.

İkinci Liqa
8-ci tur

10 noyabr

“Ağdaş” – “Xankəndi”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Ruslan Məmmədov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Şəki”
Hakimlər: Nahid Xasıyev, Sevda Nuriyeva, Sadiq Əliyev, Murad Səlimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Dinamo” – “Quba”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:00.

11 noyabr

“Araz Saatlı” – “Şəmkir”
Hakimlər: Kamil Aydınov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Göygöl” – “Qaradağ Lökbatan”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şirvan” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Ağadur Mahmudov, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
90
22
arena.az

10Mənbələr