AZ

Müflis bankların aktivlərinin satışını daha 5 il ƏDV dən azad edə bilər

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların qeyri-işlək (toksik) aktivlərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti uzadıla bilər.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə ƏDV-dən azad edilir. Hazırda bu müddət 9 ildir.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
3
marja.az

4Mənbələr