AZ

Müflis banklarla bağlı yeni qərar olacaq

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların qeyri-işlək (toksik) aktivlərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti uzadıla bilər.

Gununsesi.info  xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə ƏDV-dən azad edilir. Hazırda bu müddət 9 ildir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
3
icma.az

4Mənbələr