AZ

Müflis bankların aktivlərinin satışını daha 5 il ƏDV-dən azad edə bilər

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların qeyri-işlək (toksik) aktivlərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti uzadıla bilər.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə ƏDV-dən azad edilir. Hazırda bu müddət 9 ildir.

İş elanları AzVak.az-da

bank aktivləri toksik aktivlər qeyri-işlək aktivlər ƏDV azadolması əlavə dəyər vergisi bank iflası ödəmə qabiliyyəti olmayan banklar bankların sağlamlaşdırılması bank rezolyusiyası Vergi Məcəlləsi dəyişiklikləri 2026 büdcə zərfi Azərbaycan büdcə layihəsi maliyyə sabitliyi bank sektoru maliyyə islahatları iqtisadi siyasət 2026 dövlət dəstəyi ƏDV azadolma müddəti bank aktivlərinin satışı AzVak.az iş elanları AzVak
Seçilən
24
3
marja.az

4Mənbələr