"Turan Tovuz" klubu baş məşqçi Kurban Berdıyevlə bağlı qərarını verib.
Teleqraf-ın məlumatına görə, bölgə təmsilçisi türkmən mütəxəssisin sözləşməsinin daha bir mövsüm uzatmaq seçimini aktivləşdirib.
Hazırkı müqavilənin müddəti 30 iyun 2026-cı ildə başa çatmalı idi.
Bu seçimdən istifadə etmək qərarı komandanın uğurlu nəticələri və Azərbaycan çempionatındakı liderliyindən sonra qəbul edilib.
Bundan əlavə, klub rəhbərliyi Berdiyevə ən azı üç il müddətinə, şərtləri daha yaxşı olan yeni müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Kurban Berdıyev 2024-cü ilin yayından "Turan Tovuz"un baş məşqçisidir.