AZ

“Turan Tovuz” Berdıyevə üç illik yeni müqavilə təklif edə bilər

Azərbaycanın “Turan Tovuz” klubu baş məşqçisi Qurban Berdıyevin fəaliyyətindən razıdır.

90deqiqe.Az xəbər verir ki, Tovuz təmsilçisi 73 yaşlı çalışdırıcıya üç illik yeni müqavilə təqdim etməyə hazırdır.

Hazırda “Turan” Azərbaycan çempionatında 18 xalla liderdir. Keçən mövsüm komanda 55 xal toplayaraq dördüncü yeri tutmuşdu. Yalnız “Qarabağ”, “Zirə” və “Araz” onlardan irəlidə yer alıb.

Qurban Berdıyev xüsusilə Rusiyanın “Rubin” və “Rostov” klublarını çalışdırarkən tanınıb. Həmin komandalarla çempionatda ilk üçlüyə daxil olub və “Rubin”lə iki dəfə çempionluq qazanıb.

Seçilən
29
47
90deqiqe.az

10Mənbələr