Rusiyanın Sport24.ru portalı "Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdiyevlə bağlı iddia ilə çıxış edib. Rusiya portalının yazdığına görə, Tovuz klubu Kurban Berdıyevlə müqavilənin uzadılması variantını aktivləşdirib.
Qeyd olunub ki, Berdıyevin hazırkı sözləşməsi cari mövsümün sonunda – 2026-cı il iyunun 30-da başa çatırdı. Lakin klub rəhbərliyi mövsümün sonunu gözləmədən sözləşmədəki "+1"dən istifadə edib. Bununla da Berdıyevin müqaviləsi 2027-ci ilin 30 iyununadək uzadılıb.
Mətləb