AZ

“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı

style='margin-bottom:10px;'>

“Turan Tovuz” baş məşqçisi Kurban Berdıyevlə müqavilənin uzadılması variantını aktivləşdirib.

QOL.az xəbər verir ki, bu barədə Rusiyanın Sport24.ru portalı məlumat yayıb. 

Qeyd olunub ki, Berdıyevin hazırkı sözləşməsi cari mövsümün sonunda – 2026-cı il iyunun 30-da başa çatırdı. Lakin klub rəhbərliyi mövsümün sonunu gözləmədən sözləşmədəki “+1”dən istifadə edib. Nəticədə Berdıyevin müqaviləsi 2027-ci ilin 30 iyununadək uzadılıb. 

Rusiyalı həmkarlarımız klub rəhbərliyinin bu qərarını “Turan Tovuz”un ölkə çempionatındakı uğurlu nəticələri və liderliyi ilə əlaqələndiriblər. 

Həmçinin iddia olunub ki, “Turan Tovuz” rəhbərliyi Berdiyevə ən azı 3 il müddətinə daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.

Xatırladaq ki, 9 turdan sonra “Turan Tovuz” 18 xalla Azərbaycan Premyer Liqasında liderdir. Lakin ikinci pillədə qərarlaşan və 17 xalı olan “Qarabağ” Tovuz klubundan bir oyun az keçirib. 

Seçilən
54
47
teleqraf.com

10Mənbələr