AZ

Usman Dembele - “Qızıl top”un yeni qalibi!

Futbol üzrə Fransa yığma komandasının və PSJ klubunun hücumçusu Usman Dembele “Qızıl top” mükafatının qalibi olub.

Arena.az xəbər verir ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibləri bu gün Paris şəhərindəki “Şatle” teatrında təşkil olunmuş təntənəli mərasimdə elan edilib.

Əsas mükafata Dembele layiq görülüb. Fransalı futbolçu karyerasında ilk dəfə bu titula sahib çıxıb.

Xatırladaq ki, Usman Dembele ötən mövsüm meydana çıxdığı 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. Fransız futbolçu 2024/25-ci illər mövsümündə PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, Fransa Kubokunun, Fransa Super Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Supe Kubokunun qalibi olub.

2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati seçilib. Bonmati ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb. Bununla da o, yeni rekorda imza atıb.

PSJ-nin baş məşqçisi Luis Enrike də “Yohan Kroyf” mükafatının qalibi olub. Sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur.

Qadınlar arasında isə ilin ən yaxşı məşqçisi İngiltərə millisinin çalışdırıcısı Sarina Viqman seçilib.

İspaniya millisinin və İspaniyanın “Barselona” klubunun yeniyetmə vingeri Lamin Yamal 2025-ci ilin ən yaxşı gənc futbolçusuna təqdim edilən “Kopa mükafatı”nın qalibi olub.

İlin ən çox qol vuran futbolçularına verilən “Gerd Müller mükafatı”nı bu dəfə “Arsenal”ın hücumçusu Viktor Dyökereş qazanıb. O, ötən mövsüm Lissabon “Sportinq”inin heyətində 52 oyuna 54 qol vurduğu üçün bu mükafata layiq görülüb.

Mərasimdə “Lev Yaşin mükafatı”nın da qalibi bəlli olub. Bu titula İtaliya millisinin və İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Canluici Donnarumma sahib çıxıb. O, ötən mövsüm PSJ-nin heyətindəki inamlı çıxışına görə bu mükafatı qazanıb.

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları da açıqlanıb. Kişi komandalar arasında bu ada PSJ layiq görülüb. İlin qadın komandası isə İngiltərə təmsilçisi “Arsenal” seçilib.

error: Məzmun qorunur!
Seçilən
18
2
arena.az

10Mənbələr