AZ

Tramp Zelenski ilə sentyabrın 23-də görüşəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək", - Livitt əlavə edib.

Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.

"Cebheinfo.az" 

Seçilən
7
10
cebheinfo.az

10Mənbələr