AZ

Fermin Lopes 3 həftəlik sıradan çıxdı

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədə səbəbindən bir aya yaxın oynamayacaq.

Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən xəbər verir.

Klub yarımmüdafiəçinin zədələndiyini təsdiqləyib. İspaniyalı futbolçu La Liqanın bazar günü baş tutmuş “Xetafe” ilə oyununda (3:0) ayağının sol tərəfdəki çanaq–bel əzələsindən xəsarət alıb. Müayinə nəticəsində Lopesin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 93 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 5 oyuna çıxıb, 2 qolla diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 3 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
20
22
arena.az

10Mənbələr