AZ

Ziya Şəkərxanov Premyer Liqada debüt etdi

Premyer Liqanın 2025/26 mövsümünün 5-ci turunun “Kəpəz”lə oyunu “Qəbələ”nin futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.

Arena.az bu barədə “Qəbələ”nin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qəbələ”nin futbol akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.

Beləliklə, bu mövsüm “Qəbələ”nin heyətində Premyer Liqada debüt etmiş futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçirmişdilər.

error: Məzmun qorunur!
Seçilən
14
49
arena.az

10Mənbələr