Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Brayton” – “Tottenhem” və “Börnli” – “Nottingem Forest” matçlarında qalib müəyyənləşməyib.
“Vest Hem” evdə “Kristal Pelas”a, “Vulverhempton” “Lids”ə məğlub olubsa, “Fulhem” “Brentford”a qalib gəlib. “Mançester Yunayted” “Çelsi” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Liverpul” da “Everton”u xalsız yola salıb.
5-ci turun qalan görüşləri sentyabrın 21-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
5-ci tur
20 sentyabr
Fulhem – Brentford 3:1
Qollar: İvobi, 38. H.Uilson, 40. Pinnok, 50-öz qapısına – Damsqaard, 20.
Mançester Yunayted – Çelsi 2:1
Qollar: B.Fernandes, 14. Kazemiro, 37 – Çaloba, 80.
Brayton – Tottenhem 2:2
Qollar: Minteh, 8. Ayari, 31 – Riçarlison, 43. Van Hekke, 82-öz qapısına.
Börnli – Nottingem Forest 1:1
Qollar: Antoni, 20 – N.Uilyams, 2.
Vest Hem – Kristal Pelas 1:2
Qollar: Bouen, 49 – Mateta, 37. Mitçell, 68.
Vulverhempton – Lids 1:3
Qollar: Kreyçi, 8 – Kalvert, 31. Stax, 39. Okafor, 45.
Liverpul – Everton 2:1
Qollar: Qravenberx, 10. Ekitike, 29 – Qeye, 58.
21 sentyabr
17:00. Bornmut – Nyukasl
17:00. Sanderlend – Aston Villa
19:30. Arsenal – Mançester Siti