AZ

Həsrət Cəfərov yenidən dünya çempionatının finalında!

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov Xorvatiyada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil edilmiş dünya çempionatı sona yaxınlaşır.

Yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.

Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.

Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatına finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.

İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.

error: Məzmun qorunur!
Seçilən
9
7
arena.az

10Mənbələr