AZ

“Zirə” tarixinin 500-cü qolu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Zirə” 500-cü qolunu vurub.

Arena.az xəbər verir ki, paytaxt klubunun yubiley qolu Azərbaycan Premyer Liqasının 5-ci turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atmış Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Azərbaycan Premyer Liqasında 368, Azərbaycan Kubokunda 59, Birinci Divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komanda neytral meydanlarda 2 dəfə sevinib.

Qeyd edək ki, 2014-cü ildə yaranmış klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə Birinci Divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.

error: Məzmun qorunur!
Seçilən
30
50
arena.az

10Mənbələr