AZ

Moskvada Satira Teatrının keçmiş direktoru saxlanılıb...

Hüquq-mühafizə orqanlarının əməkdaşları büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinən Moskvanın ən böyük teatrlarından birinin keçmiş direktorunu saxlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Volk qeyd edib ki, Moskva büdcəsindən oğurlanan pulun məbləği 20 milyon rublu keçib.

...Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Rusiyanın UFSB-nin Moskva şəhəri və Moskva vilayəti üzrə əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir, - departamentin nümayəndəsi izahat verib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairə üzrə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə ("Dələduzluq") cinayət işi açıb.

Jurnalistlər saxlanılan şəxsin Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Hüseyn oğlu Ağayev olduğunu qeyd ediblər.

O, 1992-2021-ci illərdə mədəniyyət müəssisəsinə rəhbərlik edib.

Onların sözlərinə görə, mədəniyyət xadimi fərdi sahibkar kimi qeydiyyatdan keçərək rəhbərlik etdiyi teatrla saxta müəlliflik müqavilələri bağlayıb.

Bu sənədlərə görə, cavabdeh tamaşalar üçün bir neçə ssenari yaradıb və onlara olan hüquqlarını mədəniyyət müəssisəsinə verib. Görülən işlərə dair uydurma hesabatlar əsasında rejissor hər bir tamaşanın kassa mədaxilinin 4 faizi məbləğində gəlir əldə edirdi.

...Nə demək olar, hələ ki, qələm düşmən əlindədir..?

Əli Babayev

Seçilən
38
6
sia.az

9Mənbələr