Xəbər verdiyimiz kimi Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi saxlayıb.
Bizim.Media xəbər verir ki, Rusiya DİN Ağayevin saxlanılmasına dair görüntüləri yayıb.
O, 20 milyon rubl məbləğində büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinir.
“ O, fərdi sahibkar kimi qeydiyyatdan keçib və rəhbərlik etdiyi teatrla saxta müəlliflik müqavilələri bağlayıb. Bu sənədlərə əsasən, guya bir neçə tamaşanın ssenarisini yaradaraq onların hüquqlarını mədəniyyət müəssisəsinə verib. Saxta hesabatlar əsasında isə hər ictimai tamaşanın kassadan əldə olunan gəlirinin dörd faizi miqdarında qazanc götürüb”,— deyə məlumatda bildirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta