Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moskva Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev saxlanılıb. Bu barədə "Kommersant" nəşri məlumat yayıb. Reyting.az xəbər verir ki, Moskvada Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı Məmmədəli Ağayev şəxs şübhəli qismində saxlanılıb. Rəsmi açıqlamada nə teatrın, nə də saxlanılan şəxsin adı çəkilməsə də, "Kommersant" qəzeti, həmçinin "112" teleqram-kanalı etibarlı mənbələrə istinadla saxlanılan şəxsin Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev olduğunu yazıb.Ağayev 20 milyon rubl məbləğində mənimsəmədə şübhəli bilinir. İstintaq məlumatına əsasən, adı çəkilən bu keçmiş məmur teatrla saxta müəllif müqavilələri bağlayıb, eləcə də özünü tamaşaların ssenari müəllifi kimi rəsmiləşdirib və kassadan faiz götürüb.Qeyd edək ki, Ağayev 1992–2021-ci illər ərzində Satira Teatrına rəhbərlik edib. O, vəzifəsini rəsmən öz istəyi ilə tərk edib, lakin səbəblər açıqlanmayıb. M. Ağayev teatr sahəsində xidmətlərinə görə Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi adlarına layiq görülüb. Oqtay QORÇU Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.