Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev büdcədən 20 milyon rubl mənimsəməkdə şübhəli bilinərək Daxili İşlər Nazirliyi və FTX tərəfindən saxlanılıb.
Referans xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün "Telegram"kanalında məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Rusiyanın FTX-nin Moskva şəhəri və Moskva vilayəti üzrə əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - məlumatda deyilir.
İlkin istintaq məlumatlarına görə, şübhəli şəxs naməlum şəxslərlə əlbir olaraq Moskva büdcəsini doldurmaq üçün nəzərdə tutulan büdcə vəsaitlərinin qanunsuz mənimsənilməsi sxemini hazırlayıb. Bunun üçün o, fərdi sahibkar kimi qeydiyyatdan keçərək rəhbərlik etdiyi teatrla qondarma müəlliflik müqavilələri bağlayıb.
Sənədlərə görə, Ağayevin hüquqlarını teatra verdiyi pyeslərə bir neçə ssenari yazdığı iddia edilir. Görülən işlərlə bağlı saxtalaşdırılmış hesabatlara əsasən, o, hər tamaşaya görə kassa mədaxilinin 4 faizini alıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Məmmədəli Ağayev Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Vladimir Putinin Fəxri Fərmanına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta