Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müşahidə kameraları vasitəsilə izlənilmiş və əldə olunmuş koordinatlar əsasında Abşeron Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, "Niva"nın sürücüsü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o, inzibati qaydada həbs edilib.
Tarix: 19 Avqust 2025, 11:47