AZ

Avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müşahidə kameraları vasitəsilə izlənilib və əldə olunmuş koordinatlar əsasında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.

BDYPİ-dən AZƏRTAC-a bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.

BDYPİ bir daha xəbərdarlıq edir ki, insan həyat və sağlamlığı üçün real təhdid hesab olunan və hərəkət iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər bundan sonra da həyata keçiriləcək.

 

Seçilən
19
8
azertag.az

10Mənbələr