AZ

Avtomobilin konstruksiyasını dəyişərək avtoşluq edən sürücü həbs olundu


Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.

ZÜMRÜD

Seçilən
1
16
baki-xeber.com

10Mənbələr