AZ

Anlaşma əvəzində, toqquşma görüşü...


Bu aydın olur ki, Putin Trampla görüşdə ABŞ-ın Alyaska ştatının vaxtilə Rus İmperiyası olması haqda xeyli tarix danışıb. Və Trampın da xeyli hövsələsi daralaraq Putindən Ukraynanın işğal ərazilərini boşaldıb, atəşkəs yaratma "sdelkası" gözlədiyi halda, Putin Trampa deyib: işğaldakı Ukrayna vilayətləri və Krımı Rusiya ərazisi kimi tanı! 80-ə yaxın yaşı olan, dünya görmüş və öz bacarığı, zəhməti ilə milyarder olmuş, ABŞ kimi nəhəng bir ölkənin prezidenti şoka düşüb, belə bir həyasıza tarixində heç rast gəlmədiyi üçün! 

Putin isə davam edib: Ukraynaya təhlükəsizlik qarantisi veririk, amma gərək hərbsizləşsin və millisizləşsin, NATO, AB girməsin, Trampın lap Başı hərlənib ki, bu nə danışır, bu nə şərtlərdir? 

Və düşünüb ki, bu balacaboy, güclə ayaq üstə dayanan adam, necə, saqqızımı oğurlaya bilib ki, beynəlxalq məhkəmə axtarışında və ölkələr tərəfdən təcrid 'nüfuzunda' ola-ola, onu gətirib, öz ölkəmdə leqallaşdırıb ABŞ prezidenti qədər yüksəldib, ayağı altına qırmızı xalça salıb, hay- küy-mərəkəli, dünya qarşısnda qəbul etmişəm Mən niyə belə etdim? Həminki Tramp deyiləm? 

Bu, belə absurd təkliflə bu uzaq yolu niyə gəlib? 
Məqsədi nə imiş, mənə xüsusi təsir etməkmi? Öz, qara bunker enerjisini mənə boşaltmaqmı?Niyə ilk dəfədir ki, belə tez pisləşib süstləşdim?

Trampın halı pis olub. Və Putinə baxa-baxa əli üzündə qalıb, əti ürpəşib ki, bu nə sort adamdı, bəlkə heç adam deyil, süni intellekt robot və ya yadplanetlidir? Elə düz, oradaca 7 saat nəzərdə tutulan görüşün, 2-ci saatında deyib: "dayanaq, yetər". Durub tez havaya çıxıb, heç Putinə obed də təklif etməyib, protokol üzrə nəzərdə tutulan. Candərdi çıxıb jurnalistlər qarşısına, az danışıb, suallara cavablı mətbuat konfransı keçirməyib.

Və Tramp tez də ayrılıb, aralanıb mənfi və qara vampir enerji orbitli, o 2 saatda onun enerjisini udub süstləşdirən xatalı və təhlükəli Putindən. Tez də, öz təyyarəsinə minib geri, Vaşinqtona qayıdıb. Putindən aralanan gün və səhərisi də çox az müsahibə verib və verdiyini də bilməyib ki, nə verib, çünki psixoloji şokdan qurtarmayıb. Və deyib ki, rahat buraxın, 2 həftə özümə gəlim. Zelenski və Avropa liderləriilə təmasları da, bir dərdləşmə formatlı psixoloji bərpa xarakterlidir.   

Tramp təbii ki, Vaşinqtonda psixoloqların, tibbi dərman vasitələrinin hesabına şokdan çıxacaq. Amma, çıxandan sonra bir daha Putinlə həyatı boyu görüşməyəcək, bitdi! Düşünəcək ki, belə qara enerji təsirli, qeyri-insani, daş kimi vecsiz robot tipli birisindən insultsuz, infarktsız yaxşı qurtarıb. Və düşünəcək ki, Bibliya doğru yazmır, İblis, xüsusi məxluq deyil, insanın çevrilmişidir!

İlqar Altay.
 
 
 
 

Seçilən
103
26
7news.az

10Mənbələr