ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün Ağ Evdə keçirilən görüşdə gözlər Oval kabinetdə qoyulan xəritəyə zillənib.
“Qafqazinfo” xəbər verir ki, kabinetə Ukraynanın Rusiya ilə müharibəyədək sərhədlərini əks etdirən böyük xəritəsi qoyulub.
Həmin xəritədə isə, Rusiyanın işğal etdiyi Ukrayna əraziləri çəhrayı rənglə işarəlib.
Bununla da Oval kabinetdən Ukraynanın torpaqlarının təxminən 20 faizinin Rusiya ordusunun nəzarətində olduğu mesajı ötürülüb.
Ukrayna lideri iclas zalında yerləşdirilən Ukrayna xəritəsi üçün təşəkkürünü bildirib və Trampa müharibə ilə bağlı bir çox detalları göstərdiyini bildirib.
Zelenski Avropa dövlətləri və ABŞ-nin Ukrayna üçün bir araya gəlməsini böyük həmrəylik aktı kimi qiymətləndirib.