ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna və digər Avropa ölkələri liderləri ilə görüş zamanı Azərbaycan və Ermənistanı misal gətirib.
Oxu.Az xəbər verir ki, Tramp Almaniya kansleri Fridrix Mertsin Rusiyanın üçtərəfli görüşə qədər atəşi dayandırmalı olduğu barədə fikrinə cavab verərkən bu ölkələri xatırladıb.
“Mən bundan əvvəl 6 müharibəni dayandırmışam, atəşkəs olmayıb. Ötən həftə iki gözəl ölkə (Azərbaycan və Ermənistan – red.) arasında 35 il davam edən müharibə olub və atəşkəs olmayıb”, – deyə Tramp bildirib.