AZ

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

 

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Missiya.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad etdi", - məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, diplomat, eyni zamanda, Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək onun igidliyini və fədakarlığını dərin hörmətlə anıb:

"Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın güclü bir təcəssümüdür".

Ambassador @AmbRonenKrausz paid tribute to the Alley of Honor, where he laid flowers at the graves of National Leader of Azerbaijan Heydar Aliyev and distinguished ophthalmologist Professor Zarifa Aliyeva. He then honored the fallen at the Alley of Martyrs, paying his respects to… pic.twitter.com/qIdbQTHAF4

— Israel in Azerbaijan (@IsraelinAZ) August 18, 2025

Seçilən
7
14
missiya.az

10Mənbələr