AZ

Çin Alyaska və Ağ evdəki görüşləri sülhə doğru addım sayır

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pekin ABŞ-Rusiya danışıqlarını “sülhə doğru addım” adlandırıb və bütün tərəfləri tez bir zamanda razılığa gəlməyə çağırıb.Reyting.az xəbər verir ki, Çin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 15-də Alyaskada baş tutan görüşü yüksək qiymətləndirib.Təcili atəşkəs razılaşmasının olmamasına və müharibənin davam etməsinə baxmayaraq, Pekin Vaşinqton-Moskva təmaslarını sülhə doğru addım adlandırıb.Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinq zamanı deyib ki, ölkəsi böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir.Onun sözlərinə görə, Pekin ABŞ və Rusiyanın “münasibətləri yaxşılaşdırdığını və Ukrayna böhranının siyasi həll prosesini təşviq etdiyini” görməkdən məmnundur.Qeyd edək ki, bu gün Donald Trampın Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşü planlaşdırılır. Danışıqlar zamanı Trampın Kiyevə Moskva ilə Rusiyaya əlavə ərazilərin verilməsini nəzərdə tutan razılaşmaya təzyiq edəcəyi gözlənilir.Bu planları şərh edən Mao Ninq deyib: “Biz bütün maraqlı tərəflərin uyğun vaxtda sülh danışıqlarında iştirakını və bütün tərəflərin ən qısa zamanda qəbul edə biləcəyi ədalətli, davamlı və məcburi sülh razılaşmasına nail olmasını gözləyirik”.Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Ukrayna qoşunlarının Donbasın bütün ərazisindən çıxarılmasını tələb edib, həmçinin bir sıra digər tələblər, xüsusən də Ukraynada rus dilinin statusu və Krımın ilhaqının leqallaşdırılması ilə bağlı tələblər irəli sürüb. Trampın bununla razılaşdığı iddia olunur.Onu da qeyd edək ki, prezident Zelenski Trampla Alyaska danışıqlarının məzmununu müzakirə etmək üçün bu gün Vaşinqtona gəlib. Qərb mətbuatı yazır ki, Ukrayna prezidenti hazırkı cəbhə xəttində “məqbul kompromislərə” hazırdır.ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
reyting.az

10Mənbələr