AZ

Tramp Putinin tələbindən sonra danışıqları dayandırmaq istəyib-Alyaska görüşünün detalları

Rusiya prezidenti Vladimir Putin Alyaskada Ağ Evin rəhbəri ilə görüşü zamanı o qədər maksimalist ərazi tələbləri irəli sürüb ki, Donald Tramp danışıqları dayandırmaq istəyib.

AzPost bildirir ki, bu barədə məlumatlı mənbə Axios-a bildirib.

“Əgər söhbət Donetskdən gedirsə və heç bir güzəşt yoxdursa, biz bu görüşü uzatmamalıyıq”, – deyə mənbə Trampın sözlərindən sitat gətirir.

Bundan sonra Putin bu tələbdən imtina edib.

Eyni zamanda mənbə qeyd edir ki, Rusiya prezidenti hansısa məqamda o qədər qətiyyətli görünürdü ki, Ağ Ev rəhbəri geri çəkilməyə hazır idi.

Nəşrin yazdığına görə, müzakirələr Rusiyanın hazırda ərazinin təxminən 75%-nə nəzarət etdiyi Donbas da daxil olmaqla 5 regiondan gedir.

Mənbə dəqiqləşdirib ki, Amerika kəşfiyyatının Donetsk cəbhəsindəki vəziyyətlə bağlı qiymətləndirmələri fərqlidir. Bir hesabata görə, Rusiya oktyabra qədər bölgəyə nəzarəti ələ keçirə bilər. Digəri əməliyyatın Rusiya üçün xeyli çətin olacağını, lakin sonda nəticə verməyəcəyini proqnozlaşdırır.

Putin və Tramp cümə günü, avqustun 15-də Alyaskada danışıqlar aparıblar. Danışıqların nəticələrindən sonra Tramp Kiyevi münaqişənin həlli üçün sövdələşməyə çağırıb. ABŞ prezidenti deyib ki, o və Putin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində böyük ölçüdə razılığa gəliblər.

Rusiyanın təklif etdiyi Ukrayna nizamlanması üzrə saziş Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulması müqabilində Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk ərazilərindən tam çıxarılmasını nəzərdə tutur. Bu barədə Reuters mənbələrə istinadən xəbər verib. Bundan əlavə, onlar qeyd ediblər ki, Rusiya öz qoşunlarının Sumunun şimalında və Xarkov vilayətlərinin şimal-şərqində tutduğu kiçik ərazilərdən də imtina etməyə hazırdırlar.

AzPost.az

Seçilən
28
50
azpost.info

10Mənbələr