AZ

Çanakkaledə meşə yanğını qeydə alınıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb.

TurkicWorld xəbər verir ki, yanğın meşəlik ərazidə baş verib.

Yanğına havadan və qurudan müdaxilə edilir.

Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.

Çanakkale valisi Ömər Toraman bildirib ki, Tayfur kəndindəki yanğında ehtiyat tədbiri olaraq 5 kənddən 251 nəfər təhlükəsiz ərazilərə köçürülüb. Vali qeyd edib ki, başda meşə işçiləri olmaqla bütün qurumlar və qruplar yanğına qarşı mübarizəni davam etdirir. O, hazırda yanğının təxliyə edilən yaşayış məntəqələrinə yayılmadığını vurğulayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarınadək yanğına havadan 12 təyyarə və 12 helikopter müdaxilə edib. Bundan əlavə, 75 yanğınsöndürmə maşını, 84 müxtəlif texnika və 985 nəfər şəxsi heyət yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın səbəbindən Gelibolu rayonunun Karainebeyli, Eceabat rayonunun isə Yolağzı, Kumköy, Böyükanafartalar və Kiçikanafartalar kəndləri ehtiyat məqsədilə təxliyə olunub.

Seçilən
18
29
turkic.world

10Mənbələr