AZ

Türkiyədə meşə yanğınları davam edir: 5 kənddən 251 nəfər təxliyə olundu

BAKI. 17 avqust. TELEQRAF

Türkiyənin Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasındakı meşəlik ərazidə dünən yerli vaxtla saat 16:28-də başlayan yanğın güclü küləyin təsiri ilə Eceabat bölgəsinin meşələrinə yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Tayfur istiqamətində baş verən yanğın səbəbindən ehtiyat tədbiri olaraq 5 kənddən ümumilikdə 251 sakin təhlükəsiz zonalara köçürülüb.

Yanğının söndürülməsinə 12 təyyarə və 12 helikopter 75 yanğınsöndürən maşın, 20 yanğınsöndürmə avtomobili, 16 buldozer, 84 digər texnika və 985 nəfərlik heyət cəlb olunub.

Yanğınla ilə bağlı Geliboluya bağlı Karainebeyli, Eceabat rayonuna aid Yolağzı, Kumköy, Büyükanafartalar və Kiçikanafartalar kəndləri təhlükəsizlik məqsədilə təxliyə olunub.

Bu səhər helikopterlər və təyyarələr yenidən havadan müdaxiləyə başlayıblar.

Seçilən
84
50
teleqraf.com

10Mənbələr