AZ

Türkiyədə meşə yanğını ilə əlaqədar 5 kəndin sakini köçürülüb

Bakı. Trend:

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda meşə yanğınıbaş verib.

Trend-inməlumatına görə, küləyin təsirindən alov sürətlə geniş əraziyəyayılıb. Hadisə yerinə Meşə Regional Müdirliyinin qrupları əraziyəgöndərilib.

Məlumata əsasən, yanğının söndürülməsinə 12 təyyarə və 12helikopterlə havadan, 94 su maşını, 3 buldozer, 6 yanğınsöndürənmaşın və ümumilikdə 560 canlı qüvvə cəlb olunub. Yanğınınsöndürülməsi istiqamətində işlər davam edir.

Çanaqqala valisi Ömər Toraman "X" sosial şəbəkəsində yazıb ki,Gelibolunun Karainebeyli, Eceabat rayonunun Yolağzı,Büyükanafartalar, Küçükanafartalar kəndlərindən sonra EceabatınKumköy kəndinin sakinləri ehtiyat tədbiri olaraq təhlükəsiz yerlərəköçürülüb.

Seçilən
76
24
az.trend.az

10Mənbələr