AZ

KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO-ya üzvlüyü əhatə etməyəcək

BAKI, 16 avqust. TELEQRAF

Müzakirə olunan sülh sazişi çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO-ya üzvlüyü əhatə etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar ötən həftə başlayıb. Danışıqlarda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, ABŞ-nin Dövlət katibi Marko Rubio və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak iştirak edirlər.

Seçilən
92
41
teleqraf.com

10Mənbələr