ABŞ-nin dövlət katibi bildirib ki, atəşkəs məsələsi Tramp və Putinin sammitində razılaşdırılmasa da, hələ də müzakirə mövzusudur...
Poliqon xəbər verir ki, ABŞ-nin dövlət katibi bu barafə NBC News telekanalına müsahibəsində danışıb.
Marko Rubio açıqlamasında qeyd edib ki, Tramp və Putinin görüşündə Ukraynada atəşkəs barədə razılıq əldə edilməsə də, bu məsələ gündəmdə qalır.
Dövlət katibinin sözlərinə görə, ABŞ, Ukrayna və Rusiya liderləri müharibəni bitirməyin ən yaxşı yolunun tammiqyaslı sülh sazişinin imzalanması olduğu fikrində Rusiys həmrəydir. Buna baxmayaraq, ABŞ atəşkəsin sülh sazişindən əvvəl həyata keçirilməsini dəstəkləyir.
“Təəssüf ki, ruslar hələ buna razılıq verməyiblər və Ukraynanı atəş altında saxlayırlar”, deyə dövlət katibi vurğulayıb.
ABŞ rəsmisi buna görə məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyaraq bildirib ki, döyüşlər davam etdiyi halda danışıqlar aparmaq çətindir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Brüsseldə keçirdiyi brifinqdə Rusiyayla sülh sazişindən əvvəl Ukraynada atəşkəsin vacibliyini qeyd edib. Ukrayna prezidenti 18 avqustda Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı bu mövzunu da gündəmə gətirəcək.
Poliqon.info