AZ

ABŞ dövlət katibi Alyaskadakı danışıqları dəyərləndirdi

ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçirilən sammiti “çox məhsuldar” adlandırıb.

 

Diplomatın danışıqlarla bağlı cavabı jurnalist Pavel Zarubinin “Teleqram” kanalında dərc olunub.

 

Belə ki, jurnalistlər ondan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı təəssüratlarını bölüşməsini xahiş ediblər.

 

“Çox yaxşı, çox məhsuldar oldu”, - deyə Rubio bildirib.

 

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib. Görüş zamanı əsasən  Ukraynadakı münaqişə müzakirə edilib.



Seçilən
48
50
senzor.az

10Mənbələr