ABŞ dövlət katibi - ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Ukrayna üzrə sülh razılaşmasının heç vaxt əldə olunmayacağını istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ankoricdə (Alyaska) keçirilən danışıqların nəticələri fonunda Fox televiziya şirkətinin efirində Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edərkən, "Son nəticədə sülh əldə olunmaya bilər. Bilmirik" deyib.
"Biz heç vaxt Alyaskada həmin görüşün nəticəsində razılaşmanın olacağını demədik. Çünki ukraynalılar orada deyildilər", - Rubio bildirib.
Onun fikrincə, Birləşmiş Ştatlar və bütövlükdə Qərb Ukraynadakı münaqişənin tərəfi deyil. "Bu, Amerika ilə deyil, iki ölkə - Ukrayna və Rusiya arasında müharibədir", - ABŞ Dövlət Departamentinin rəhbəri təsdiqləyib.
Məryəm Quliyeva