AZ

“Mançester Siti” PSJ nin qapıçısını aldı

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Mançester Siti” klubu PSJ-nin və İtaliya yığmasının qapıçısı Cianluici Donnarumma ilə şəxsi müqavilə şərtlərini demək olar ki, razılaşdırıb.

Lent.az xəbər verir ki, “şəhərlilər” Donnarummanın transferi ilə bağlı razılaşmanın baş tutacağına optimist yanaşırlar.

Xatırladaq ki, avqustun 12-də Cianluici klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər fonunda PSJ azarkeşlərinə müraciət edərək, Paris komandasında qalmayacağını təsdiqləmişdi.

Donnarumma 26 yaşındadır, o, 2021-ci ilin iyul ayından Paris klubunda çıxış edir. Qapıçı komandanın heyətində 161 oyun keçirib və onların 56-da qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
3
lent.az

8Mənbələr