AZ

"Qəbələ" Nigeriya millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Varriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

saytlarin hazirlanmasi

Seçilən
15
17
sportal.az

10Mənbələr