AZ

“Qəbələ” onu heyətinə qatdı FOTO

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Uorriors” komandasının formasını geyinib. Salihu, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
15
metbuat.az

10Mənbələr