AZ

“Qəbələ”dən növbəti transfer

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.
 

18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu Nigeriya U-20 millisində də 4 oyun keçirib.


Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqare kimi legionerləri heyətinə qatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
16
bizim.media

10Mənbələr