Bakı.Trend:
Yollarda təhlükə yaradan “Kamaz” sürücüsü inzibati qaydada həbsedilib.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.
Bildirilib ki, Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün realtəhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı,10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsüKamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan YPXəməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətinidavam etdirib.
Qısa müddət ərzində Yol Patrul Xidməti əməkdaşlarının operativtədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanısürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdəoxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmışmateriallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarıilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.