Bakı-Quba yolunda təhlükəli manevrlər edən “KamAZ” markalı yük avtomobilinin sürücüsü Şöhrət Gülmirzə oğlu Kamilov həbs olunub.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, sürücü stasionar postda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib. Sürücü saxlanılıb, yoxlama zamanı onun həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.
Son Yazılar:
- Yollarda təhlükəli manevrlər edən “KamAZ” sürücüsü həbs olundu
- Çin və Filippin gəmiləri Cənubi Çin dənizində toqquşdu
- “lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb edildi
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilib.