AZ

“KamAZ” sürücüsü yolda avtoşluq etdi

 Ajans.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Belə ki, sürücü stasionar postda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib. Sürücü saxlanılıb, yoxlama zamanı onun həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
124
12
Ajans.az

10Mənbələr