BAKI, 11 avqust. TELEQRAF
"Evsizlər dərhal köçürülməlidir. Biz onlara qalmaq üçün yerlər verəcəyik, lakin paytaxtdan uzaqda".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 7-də Vaşinqtonda Ağ Evin Şərq Otağında keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"Cinayətkarlar, siz köçmək məcburiyyətində deyilsiniz. Biz sizi aid olduğunuz yerə - həbsxanaya salacağıq. Hər şey çox tez baş verəcək" - deyə, Tramp əlavə edi.
Tramp həftənin əvvəlində Vaşinqtonda cinayətin artdığını bildirmişdi.
Bazar günü Trampın "Truth Social" postunda Vaşinqtondakı çadırların fotoları yer alıb. “Mən paytaxtımızı əvvəlkindən daha təhlükəsiz və gözəl edəcəm”, - Tramp qeyd edib.
Keçən il hökumətin statistikasına görə, Vaşinqton evsiz əhalinin sayına görə ABŞ-ın əsas şəhərləri siyahısında 15-ci yerdədir.