BAKI, 11 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçıları Barak Obama və Corc Buşun Ağ Evdəki portretlərinin yerinin dəyişdirilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, Tramp portretləri pilləkənin yuxarısına daşıyıb, gözdən uzaq yerə asmağı tapşırıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ağ Evin içini öz vəsaiti hesabına təmir etdiyini və 24 karatlıq briliyantla bəzədiyini bildirmişdi .