BAKI, 11 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 11 avqustu Vaşinqtonun Cinayətdən qurtuluş günü adlandırıb.
Teleqraf xəbər verir ki, D.Tramp bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O bildirib: "Vaşinqton, Kolumbiya dairəsi bu gün azad olacaq! Cinayət, zorakılıq, çirkab və zir-zibil yox olacaq. Paytaxtımızın möhtəşəmliyini bərpa edəcəyəm!"
ABŞ Prezidenti əlavə edib ki, o, ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacirlərə qarşı mübarizə apardığı kimi Vaşinqtonu da “təmizləmək” niyyətindədir.
Daha əvvəl ABŞ prezidenti Vaşinqtonda cinayətkarlığın baş alıb getdiyini bildirmişdi.