AZ

“Ayaks” yapon futbolçu ilə gücləndi

Niderlandın “Ayaks” klubu müdafiə xəttini yeni futbolçu ilə möhkəmləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya millisinin üzvü Ko İtakura Almaniyanın “Borussiya Mönxengladbax” klubundan Amsterdam təmsilçisinə transfer olunub.

25 yaşlı oyunçunun 4 illik müqavilə imzalanıb və müqavilədə əlavə 1 il uzatma seçimi də qeyd olunub.

Ötən mövsüm İtakura “Borussiya”da bütün yarışlarda 33 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Yapon müdafiəçinin Niderland çempionatındakı debütü avqustun 10-na planlaşdırılır. “Ayaks” evdə “Telstar”ı qəbul edəcək.

Seçilən
69
50
90deqiqe.az

10Mənbələr