AZ

Pomidorla dolu “Qazel” aşdı

Avqustun 6-da Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.

Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2 dəfə oxunub.
Seçilən
58
12
xezernews.az

10Mənbələr