AZ

Pomidorla dolu “Qazel” aşdı

Avqustun 6-da Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.

Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
93
12
publika.az

10Mənbələr